Vulverhempton müdafiəçi ilə müqavilə imzaladı 5 illik

20.08.2025

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərənin "Vulverhempton" komandası İtaliyanın "Hellas Verona" klubundan Cekson Çatçuanı transfer edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub açıqlama yayıb.

Bildirilib ki, 23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb.

Transfer kluba 12,5 milyon avroya başa gəlib.

Xatırladaq ki, ötən mövsüm "Hellas Verona"da 37 matça çıxan kamerunlu futbolçu 2 qol vurub.

Fərid

MİA.AZ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью