“Vulverhempton”un oyunçusu transfer tələbi rədd edildiyi üçün komandanın məşqini pozub

23.07.2026

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Vulverhempton"un hücumçusu Tolu Arokodare "Fiorentina"ya transfer olunmadığı üçün komandanın məşqini pozub.

İdman.Biz bu barədə BBC-yə istinadən məlumat verir.

Nəşrin məlumatına görə, nigeriyalı hücumçu İtaliya klubuna transfer olunmaqda israr edib. Bunun əvəzinə, ingilis tərəfi Türkiyənin "Trabzonspor" komandasından təklifi qəbul edib. Etiraz olaraq, oyunçu məşq zamanı meydanda oturub və A Seriyası komandasına buraxılmasını tələb edib.

Ötən mövsüm Arokodare klubun heyətində bütün yarışlarda 38 oyuna çıxıb, altı qol vurub və iki məhsuldar ötürmə edib. "Vulverhempton" 2025/26 mövsümünün sonunda İngiltərə Premyer Liqasından Çempionşipə düşüb.

İdman.Biz
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью