Vüqar Bağırov Turan Tovuz un əsas heyəti ilə məşqlərə qoşulub

08.07.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yay təlim-məşq toplanışını Türkiyədə keçirən "Turan Tovuz" klubu əvəzedici heyətin üzvü Vüqar Bağırovu da əsas heyətə cəlb edib.

Oxu.Az xəbər verir ki, gənc futbolçu daha öncə "Turan Tovuz" klubunun əvəzedici komandasında çıxış etsə də, Kurban Berdıyev ona əsas heyətdə güvənəcək.

Qeyd edək ki, Vüqar Bağırov "Qarabağ" futbol akademiyasının yetirməsi olub. Daha sonra isə Türkiyənin "Alanyaspor" klubunda çıxış edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью