Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə yer alan müddəalar qərəzli olmaqla yanaşı, Cənubi Qafqazda formalaşmaqda olan sülhə təhdiddir.
Son qətnamə bir daha təsdiq edir ki, Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini davam etdirir”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Vüqar Bayramov deyib.
Deputat əlavə edib ki, Azərbaycan dövləti istənilən xarici təhdidlərə cavab vermək gücündədir. Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin Xalq-İqtidar birliyinin yaratdığı üstünlükdür. Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirməklə yanaşı, yenə də bəlli dairələr tərəfindən idarə olunduğunu göstərir:
“Saxta dəyərlər ilə regionda sülhə töhvə vermək olmaz. Digər tərəfdən, Avropa Parlamentinin son qərəzli qətnamələri nəinki Azərbaycan ilə Ermənistan arasında formalaşmaqda olan sülhə kölgə salır, həmçinin regionun inkişafında maraqlı olmadığını bir daha təsdiq edir”.
Vilayət Muxtar
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin