Vüqar Əliyev: Cari ildə 20 min 914 könüllünü əhatə edən layihələr icra olunub

05.12.2024

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2024-cü il prezident seçkilərində iki mindən çox könüllü respublikanın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə müşahidəçilik edib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, təkcə, 2024-cü ildə ümumilikdə 20 min 914 könüllüyə çatan layihələr icra olunub:

"Bununla bərabər, qayıdış könüllüləri işğaldan azad edilmiş Şuşa, Ağdam, Laçın, Zəngilan və Füzulidə müxtəlif layihələrdə iştirak ediblər".

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью