Vüqar Gülməmmədov: Bəzi hallarda dövlət ekspertizası ilə təsdiqlənməyən tikinti işləri aparılır

15.04.2025

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəzi hallarda vaxtında dövlət ekspertizası ilə təsdiqlənməyən tikinti işləri aparılır.

APA-nın xəbərinə görə, bunu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O qeyd edib ki, 16 auditdə əsaslı xərclər üzrə hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib: “Bunlar əsasən dövlət ekspertizasının rəyi ilə təsdiqlənmiş layihə üzrə müəyyənləşdirilmiş həcmdən artıq iş həcminin smeta sənədlərinə və müqavilənin qiymət cədvəlinə daxil edilməsi, layihə-smeta sənədlərinin hazırlanması zamanı çoxsaylı təhriflərə yol verilməsi, yerinə yetirilməyən işlərə görə vəsaitin ödənilməsindən ibarət olub”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью