Vüqar Gülməmmədov: Naxçıvanda aparılan auditlər və təhlillər bəzi sahələr üzrə irəliləyişlərin olduğunu göstərir AZƏRTAC

18.12.2024

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Naxçıvan, 18 dekabr, AZƏRTAC

Müvafiq tapşırıqlardan irəli gələn məsələlər Naxçıvanın inkişafı üçün hazırlanan strateji sənədlərdə öz əksini tapıb. Həmçinin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nda "Dövlət müəssisə və şirkətlərinin fəaliyyətində maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsi" bəndi nəzərdə tutulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən Maliyyə Forumunda çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

“Ötən il maliyyə hesabatlılığı və şəffaflığın gücləndirilməsinə dair Naxçıvanda keçirilən tədbirdəki çıxışımda dövlət sektorunda maliyyə şəffaflığının və hesabatlılığının minimal tələblərini səsləndirmişdim. Həmin tədbirdən 1 ildən bir qədər çox vaxt keçib. Bu dövr ərzində apardığımız auditlər və təhlillər bəzi sahələr üzrə irəliləyişlərin olduğunu göstərir”, - deyə Palata sədri qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью