Vüqar Həsənov Şamaxı dakı darmadağını belə şərh etdi

18.09.2026

Fanat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1-ci Liqanın 3-cü turunda "Şimal"ın qonağı olan "Şahdağ Qusar" 4:1 hesablı qələbə qazandı. Şamaxı OİK stadionunda baş tutan görüşün ardından Qusar təmsilçisinin təcrübəli yarımmüdadiəçisi Vüqar Həsənov ilə əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Şimal" ilə oyuna maksimum şəkildə köklənmişdik. Hər şey planlaşdırdığımız kimi oldu. İlk yarıda istədiyimiz qolları vurduq. Bilirdik ki, rəqib daha çox müdafiədən oynayacaq. Bu səbəbdən fasiləyə qədər qol vurmaq vacib idi. Ümumi götürsək, qarşılaşmanın asan keçmədiyini də vurğulamalıyam. Əsas odur ki, 3 xal qazandıq".

Qeyd edək ki, hesabında 9 xal olan "Şahdağ Qusar" turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью