Vüqar Həşimov Memorialı Xankəndidə keçiriləcək

04.12.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Dekabrın 9-dan 11-dək mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 11-ci Vüqar Həşimov Memorial turniri keçiriləcək. Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq. Zəka sahiblərindən Yan Nepomnyaşiy (FİDE) , Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan), Rauf Məmmədov və Aydın Süleymanlı 2 dövrədə qüvvələrini sınayacaqlar.

Sayca 11-ci Memoriala  Xankəndi şəhəri ev sahibliyi edəcək. 


Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə  keçirilib. 2023-cü ildən isə turnir FİDE dünya çempionatının seçmə mərhələ statusunu alıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью