Vüqar Həşimovun anasının don durumu BƏLLİ OLDU

22.01.2025

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Abşeron rayonu, Novxanı bağlarında fərdi yaşayış evində baş verən partlayışda xəsarət alan mərhum şahmat ustası Vüqar Həşimovun anasının son durumu bəlli olub. Bu barədə SİA-ya mərhum qrossmeysterin bacısı Samirə Allahverdiyeva məlumat verib.

O bildirib ki, valdeyinin vəziyyəti hazırda yaxşıdır: “Anam özünü yaxşı hiss edir. Müalicəsini ev şəraitində davam etdirir. Həkimlər hər şeyin yaxşı olacağını deyirlər. Hər iki ayağından əməliyyat olunub. Fevral ayında növbəti dəfə həkim müayinəsinə gedəcəyik. Ondan sonra tam bəlli olacaq ki, nə zaman ayağa qalxa bilər”.

Qeyd edək ki, məlum hadisədən dolayı Vüqar Həşimovun atası Qasım Həşimova hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığ xəsarəti alaraq dünyasını dəyişib. Anası Aida Həşimovaya isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib.

Banuçiçək Hüseynli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью