Vüqar Həşimovun atasının son DURUMU

10.12.2024

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan mərhum şahmatçı Vüqar Həşimovun atası 1949-cu il təvəllüdlü Qasım Həşimovun müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, hazırda həmin şəxsin vəziyyəti ağır-stabil olaraq qalır.

Qeyd edək ki, hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb. Onun müalicəsi isə özəl klinikada davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью