Vüqar Həşimovun atasının son vəziyyəti AÇIQLANDI

10.12.2024

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan mərhum şahmatçı Vüqar Həşimovun atası 1949-cu il təvəllüdlü Qasım Həşimovun müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Bakupost.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, hazırda həmin şəxsin vəziyyəti ağır-stabil olaraq qalır.

Qeyd edək ki, hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb. Onun müalicəsi isə özəl klinikada davam edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью