Vüqar Həşimovun atasının son vəziyyəti açıqlandı

10.12.2024

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan mərhum şahmatçı Vüqar Həşimovun atası 1949-cu il təvəllüdlü Qasım Həşimovun müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

Gununsesi.info xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, hazırda həmin şəxsin vəziyyəti ağır-stabil olaraq qalır.
Qeyd edək ki, hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb. Onun müalicəsi isə özəl klinikada davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью