Vüqar Həşimovun bacısı: “Valideynlərimin vəziyyətləri ağırdır” İdman və Biz

03.12.2024

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Həkimlər hər şeyin yaxşı olacağına ümid edirlər”.

Bunu İdman.bizə mərhum qrossmeyster Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva deyib.

O, Novxanı qəsəbəsində baş vermiş partlayışda valideynlərinin ağır xəsarət aldıqlarını bildirib: “Hazırda atamda ağır yanıqlar var. Onu Yanıq Mərkəzinə göndərdik. Əməliyyat olunmalıdır. Anamda isə ağır sınıq və yanıq xəsarətləri var. Hamımız gözləyirik. Vəziyyətləri ağırdır”.

Banuçiçək Hüseynli
İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью