Vüqar Həşimovun dağılan ata evindən FOTOREPORTAJ

03.12.2024

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bu gün səhər saatlarında Abşeron rayonunun Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verib.

Mərhum şahmat ustası Vüqar Həşimovun ata evində baş verən partlayış mənzildə dağıntıya səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dağıntılar altından iki nəfər – Qasım Həşimov və Aidə Həşimova sağ çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Modern.az “Report”a istinadən hadisə yerindən fotoreportajı təqdim edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью