Vüqar Həşimovun Novxanıdakı evi partladı 2 nəfər dağıntılar altından çıxarıldı

03.12.2024

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Bakupost.az -a FHN Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntı altından 2 nəfər sağ çıxarılaraq xilas edilib.

Novxanıda partlayış baş verən evdə xəsarət alanlar mərhum şahmat ustası Vüqar Həşimovun valideynləridir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью