Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində partlayış olub.
Qaynarinfo xəbər verir ki, dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir.
Məlumata görə evdə 2 nəfər olub. Onlardan hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.
APA-nın məlumatına görə, hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.