Vüqar Həşimovun valideynlərinin evində partlayış Valideynləri xəsarət aldı

03.12.2024

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Vüqar Həşimovun valideynlərinin evində partlayış - Ata-anası xəsarət aldı

Abşeron rayonu, Novxaları bağlarında fərdi yaşayış evində partlayış olub.

Fanat.Az xəbər verir ki, dağıntılar altında qalanlar FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları tərəfindən xilas edilir.

Məlumata görə, evdə 2 nəfər olub. Onlardan hər ikisi xilasedicilər tərəfindən evdən sağ çıxarılaraq xəstəxanaya göndərilib.

APA-nın məlumatına görə, hadisə zamanı xəsarət alan şəxslərin mərhum şahmat ustası Vüqar Həşimovun valideynləri olduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью