Vüqar Həşimovun valideynlərinin vəziyyəti ağırdır KONKRET

03.12.2024

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Novxanıda partlayışda xəsarət alan Vüqar Həşimovun valideynlərinin son durumu açıqlanıb.

KONKRET.az xəbər verir ki, Reanimasiya şöbəsinə yerləşdirilən 1949-cu il təvəllüdlü şəxsə hər iki aşağı ətrafın və sifətin I, II, III dərəcəli yanığı, 1959-cu il təvəllüdlü şəxsə isə sol bud sümüyünün sınığı, sol əlin yarası diaqnozları təyin edilib. Müalicələri davam etdirilir, vəziyyətləri ağırdır.

Qeyd edək ki, Abşeronda partlayış baş verən ev mərhum şahmatçının ailəsinə məxsus imiş. Dağıntılar altından çıxarılan qadınla kişi mərhum şahmatçı Vüqar Həşimovun valideynləri olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью