Vüqar İskəndərov: “Azərbaycan regional layihələrdə əsas söz sahibidir” Yeni Gündəm | Icma.…
Icma.az, Yenigundem portalına istinadən məlumatı açıqlayır.
“Bakıda tıxac probleminin həlli istiqamətində böyük işlər həyata keçiriləcək” “Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı qeyd etdiyi kimi son illər ölkəmizdə nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi istiqamətində bir çox işlər görülmüş, böyük infrastruktur layihələri icra edilmişdir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, həm əhalinin sayının artması, həmçinin də iqtisadi göstəricilərin yüksəlməsi xüsusən Bakıda tıxac probleminin həllində yeni layihələrin həyata keçirilməsini labüd edir: “Bu reallıqdır ki, əhalimizin daha rahat formada mənzil başına çatması məqsədi ilə tıxac probleminin həlli istiqamətində böyük işlər həyata keçiriləcək.
Vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı artıq həzm edə bilmir”.
Deputat vurğulayıb ki, Prezident İlham Əliyev nəqliyyat məsələlərini daim diqqətə saxlayıb: “Son 15 il ərzində Bakı şəhərində bir çox böyük layihələr icra edilib, yeni metro stansiyaları istifadəyə verilib, yol qovşaqları, tunellər, körpülər tikilib, yeni yollar salınıb.
Kənd yolları, şəhərlərarası və magistral yollar çəkilb. Vaxtilə Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi.
Yeni yollar salındı, bütün şəhərlər demək olar ki, müasir yollarla birləşdirildi.
Tam oxu
Xəbəri oxu