Vüqar Kərəmov “Rizin”də yaponiyalı ilə döyüşəcək İdman və Biz

16.11.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmov növbəti sınağına çıxacaq.

İdman.biz xəbər verir ki, o, sabah “Rizin” turnirində qüvvəsini sınayacaq.

Döyüş Yaponiyanın Naqoya şəhərində təşkil olunacaq. 70 kq çəkidə mübarizə aparacaq Vüqar yerli idmançı Kazumasa Majima ilə üz-üzə gələcək. Təmsilçimiz bu görüşdə qələbə qazansa, kəmər uğrunda döyüşə vəsiqə qazanacaq.

Qeyd edək ki, Kərəmov “Rizin” çərçivəsindəki 7 döyüşdə 5 qələbə qazanıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью