Vüqar Kərəmova qələbə üçün 28 saniyə bəs etdi

19.11.2024

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın və “Qəbələ” İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmov növbəti sınağına çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə klubun saytında məlumat yayılıb.

Kərəmov “Rizin” turnirində Yaponiya təmsilçisi Kazumasa Majima ilə qüvvəsini sınayıb.

Qarşılaşma Yaponiyanın Naqoya şəhərində baş tutub. 70 kq çəkidə mübarizə aparan Vüqara qələbə üçün cəmi 28 saniyə kifayət edib. Bu qələbə təmsilçimizə kəmər uğrunda döyüşə vəsiqə qazanmaq şansı verib.

Qeyd edək ki, Kərəmov “Rizin” çərçivəsindəki 8 döyüşdə 6-cı qələbəsini qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью