Vüqar Kərəmovdan 28 saniyəyə QƏLƏBƏ İdman və Biz

17.11.2024

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Vüqar Kərəmov növbəti sınağına çıxıb

İdman.biz xəbər verir ki, o, "Rizin" turnirində Kazumasa Majima (Yaponiya) ilə qüvvəsini sınayıb.

Döyüş Yaponiyanın Naqoya şəhərində təşkil olunub. 70 kq çəkidə mübarizə aparan Vüqara qələbə üçün cəmi 28 saniyə kifayət edib. Bu qələbə təmsilçimizə kəmər uğrunda döyüşə vəsiqə qazanmaq şansı verib.

Qeyd edək ki, Kərəmov "Rizin" çərçivəsindəki 8 döyüşdə 6-cı qələbəsini qazanıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью