Vüqar Kərəmovun növbəti rəqibi və döyüşəcəyi tarix bəlli olub

05.12.2024

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmovun "Rizin" Döyüş Federasiyasındakı növbəti rəqibi bəlli olub.

Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi "X" hesabı məlumat yayıb.

Vüqar Kərəmov dekabrın 31-də braziliyalı Roberto Satoşi Souza ilə üz-üzə gələcək. 71 kq çəki dərəcəsindəki döyüş Yaponiyadakı "Saitama Super Arena"da təşkil ediləcək.

Qeyd edək ki, Vüqar Kərəmov "Rizin"dəki son görüşündə yaponiyalı Kazumasa Majimaya qalib gəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью