Vüqar Manafov BƏƏ dəki turnirdə 35 ci yerdə

21.08.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

BƏƏ-də 31-ci "Abu Dhabi International Chess Festival" şahmat turniri davam edir.

İdman.biz xəbər verir ki, "Masters" turnirində çıxış edən Azərbaycan şahmatçılarından Vüqar Manafov daha yaxşı nəticəyə malikdir.

O, 6 turdan sonra 4 xalla 35-ci yerdədir.

54-cü mövqedəki Şiroğlan Talıbovun 3,5, 92-ci yerdə qərarlaşan Süleyman Süleymanlının isə 3 xalı var.

Hərəyə 1,5 xalı olan Fərid Orucov və Gülnar Məmmədova isə autsayderlər arasındadırlar.

Çinli Chongsheng Zeng 5,5 xalla liderdir.

Qeyd edək ki, 9 turdan ibarət olacaq yarış avqustun 24-dək davam edəcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью