Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
"Hürriyyət" qəzetinin və "Hürriyyət TV"nin baş redaktoru Vüqar Məmmədov bu dəqiqələrdə hakim qarşısına çıxarılıb.
Hurriyyet.org-un əldə etdiyi məlumata görə, baş redaktorun həbs müddəti 3 ay uzadılıb. Xatırladaq ki, V. Məmmədovun məhkəmə prosesinin fevralın 13-də keçiriləcəyi gözlənilirdi.
Lakin vəkilinə və ailə üzvlərinə məlumat verilmədən, V. Məmmədov bu gün məhkəmə çıxarılıb.