Vüqar Məmmədovun məhkəmə tarixi dəyişdi

28.07.2026

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, dünən Bakı Ağır Cinayətlər Məhkəməsində "Hürriyyət" qəzetinin və Hurriyyet TV-nin baş redaktoru Vüqar Məmmədovun (Tofiqoğlu) növbəti məhkəmə prosesi keçirilib. İclasın sonunda növbəti məhkəmə prosesinin avqustun 12-də baş tutacağı elan olunub.

Hurriyyet.media - nın məlumatına görə, bu gün qeyri-müəyyən səbəblərdən V. Məmmədovun məhkəmə tarixi əvvələ çəkilib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsindən Baş redaktorun vəkilinə zəng olunaraq Vüqar Məmmədovun növbəti məhkəmə prosesinin 9 gün irəli çəkilərək avqustun 3-də baş tutacağı haqda məlumat verilib.

Məhkəmənin hansı saatda keçiriləcəyi ilə bağlı oxucularımıza əlavə məlumat verəcəyik.

Jalə FAMİLQIZI

Hurriyyet.media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью