Vüqar Məsimova yeni vəzifə verildi

02.04.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Azərbaycan Mərkəzi Bankının (AMB) Data departamentinin Data idarə edilməsi şöbəsinə yeni rəis təyin edilib.

Globalinfo.az bildirir ki, bu barədə Axar.az-a AMB-dən məlumat verilib.

Bildirilib ki, sözügedən vəzifəyə Vüqar Məsimov təyin olunub. Məlumata əsasən, o, aprel ayından vəzifəsinin icrasına başlayıb.

V.Məsimov bu təyinatadək AMB və Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью