Vüqar Musayev vəzifəsindən AZAD EDİLDİ

05.11.2024

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidmətinə məxsus "Şəki Sukanal" ASC-nin direktoru Vüqar Musayev vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik Elmir Əkbərova həvalə olunub.

O, indiyə qədər şirkətin baş mühəndisi olub.

Xatırladaq ki, "Şəki Sukanal" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,913 milyon manatdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью