Vüqar Mustafayev: 2025ci ildə daha yüksək hədəflər üçün çalışırıq

09.01.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Sumqayıt"ın futbolçusu Vüqar Mustafayev komandanın hazırlığından danışıb. Sport24.az-a açıqlama verən yarımmüdafiəçi qış fasiləsindən sonra daha yaxşı nəticə qazanacaqlarına inandıqlarını deyib:

"Dekabrın 20-də istirahətə buraxılmışdıq. Yanvarın 6-dan isə tam heyətlə məşqlərə başlamışıq. Düşünürəm ki, hamı yaxşı istirahə edib. 2025-ci ildə daha yüksək hədəflər üçün çalışırıq. Özümə və komandama güvənirəm. İnanıram ki, çempionata yaxşı start verəcəyik".

Qeyd edək ki, "Sumqayıt" bu gün Mehdi Hüseynzadə adına arenada "Araz-Naxçıvanla" yoxlama oyunu keçirəcək. Matçın start fiti saat 15:00-da səslənəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью