Vüqar Nadirov bölgə klubundan ayrıldı İdmanXəbər

14.11.2024

Icma.az, Idmanxeber.az saytına istinadən bildirir.

II Liqada mübarizə aparan “Hypers Quba”da baş məşqçi ayrılığı gerçəkləşib.

İdmanxeber.az xəbər verir ki, bölgə təmsilçisi Vüqar Nadirovla yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

37 yaşlı mütəxəssis öz istəyi ilə postunu tərk edib.

Qeyd edək ki, “Hypers Quba” II Liqada 9 turdan sonra 18 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью