Vüqar Nadirov bu klubu çalışdıracaq

17.11.2024

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bir neçə gün öncə Vüqar Nadirov və köməkçiləri "Hypers Quba"dan ayrıldı.
Artıq onun yeni iş yeri bəllidi. "Football-plus.az"ın məlumatına görə Nadirov bundan sonra 2-ci liqada mübarizə aparan "Şəmkir"i çalışdıracaq. Onunla birgə köməkçiləri Fərid Əliyev və Fuad Cəfərov klubun uğurları üçün çalışacaq.
Xatırladaq ki, 37 yaşlı mütəxəssis 4 gün öncə Quba təmsilçisi ilə qarşılıqlı razılıq əsasında yolları ayırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью