Vüqar Nadirov bu səbəbdən Hypers Gubadan ayrılıb EKSKLÜZİV

15.11.2024

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

II Liqada çıxış edən "Hypers Guba"nın baş məşqçisi Vüqar Nadirovun bir neçə gün öncə baş məşqçi poistundan getməsinin səbəbi müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi ilə baş məşqçi arasında narazılıq yaşanın.

Mənbəmizin sözlərinə əsasən, məsələnin kökündə isə maliyyə durur. Daha dəqiq desək, Nadirovun məvacibi. Belə ki, klub rəhbərliyi futbolçuların maaşını ödəsə də, 3 aydı baş məşqçiyə bir qəpik də vermirmiş. Məhz bu səbəbdən nadirov klubdan ayrılmaq qərarını verib.

Qeyd edək ki, 9 turdan sonra aktivində 18 xal olan "Hypers Guba" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.    

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью