Vüqar Nadirov istefa VERDİ | Icma.az
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov 2-ci Liqa təmsilçisi “Şəmkir”in baş məşqçi postunu tərk edib.Bizim.Media xəbər verir ki, o, liqanın 6-cı turu çərçivəsində dünən evdə “Qaradağ Lökbatan”dan alınan 0:1 hesablı məğlubiyyətin ardından rəhbərliklə vəziyyəti müzakirə edərək əməkdaşlığa son qoyduqlarını bildirib.Qeyd edək ki, 6 oyuna 9 xal toplayan “Şəmkir” hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Nadirov 2024-cü ilin yayından qərb təmsilçisinin “sükanı arxasında” idi.
Komanda onun rəhbərliyi altında 2024/25 mövsümünü 5-ci pillədə başa vurmuşdu.
Millinin keçmiş forvardı bu ilin yayında baş məşqçi vəzivəsindən ayrılsa da, sonradan “Şəmkir”ə qayıtmışdı.Rəşad Rafiqoğlu, Bizim.Media Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu