Vüqar Nadirov postundan ayrıldı

13.11.2024

Icma.az, Fanat portalına istinadən məlumat yayır.

Vüqar Nadirov "Hypers Quba"nın baş məşqçi postundan ayrılıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan millisinin sabiq hücumçusu dünən futbolçular və rəhbərliklə vidalaşıb.

Postunu öz istəyi ilə tərk edən Nadirovun yeni iş yeri dəqiqləşməyib.

Qeyd edək ki, sözügedən mütəxəssis "Hypers"i Region Liqasından İkinci Liqaya yüksəldib. 

Nihat

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью