Vüqar Nadirov Şəmkir ə qayıtdı, oyunçu seçimləri elan etdi

08.07.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İkinci Liqada çıxış edən "Şəmkir" baş məşqçisi Vüqar Nadirovla yolları ayırsa da, tərəflər yenidən əməkdaşlığa başlayıblar.

Bu barədə Fanat.Az-a mütəxəssisin özü məlumat verib.

Nadirovun şərtlərini qəbul edən rəhbərlik onunla 1 illik müqavilə bağlayıb. 

Artıq Azərbaycan millisinin sabiq üzvü şəxsi "Instagram" hesabında seçimlər edəcəyini bildirib. O, "ASK Arena"da 3 gün ərzində oyunçu seçəcəyini açıqlayıb. 

Xatırladaq ki, sözügedən çalışdırıcı ötən ilin ilin noyabrında "Şəmkir"in "sükanı arxası"na keçmişdi. Onun rəhbərliyi altında uğurlu çıxış sərgiləyən qərblilər yekunda 50 xalla 5-ci yeri tutmuşdular. 

Nihat

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью