Vüqar Nadirovun Hypers Gubadan getməsinin SƏBƏBİ məlum oldu

15.11.2024

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

II Liqada çıxış edən "Hypers Guba"nın baş məşqçisi Vüqar Nadirovun bir neçə gün öncə baş məşqçi postundan getməsinin səbəbi müəyyənləşib.

Sport24.az xəbər verir ki, klub rəhbərliyi ilə baş məşqçi arasında narazılıq yaşanıb.

Məsələnin kökündə isə maliyyə durur. Daha dəqiqi, Nadirovun məvacibi. Klub rəhbərliyi futbolçuların maaşlarını ödəsə də, 3 aydır baş məşqçiyə bir qəpik də vermirmiş. Məhz bu səbəbdən Nadirov klubdan ayrılmaq qərarını verib.

Qeyd edək ki, 9 turdan sonra aktivində 18 xal olan "Hypers Guba" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью