Vüqar Qurbanov bu xanımı baş həkim TƏYİN ETDİ FOTO Yeni Çağ Media

29.11.2024

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsə yeni baş həkim təyin edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Mətanət Əliyeva Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktorunun müavini – baş həkimi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, M.Əliyeva bu təyinatadək Mingəçevir Ailə Sağlamlıq Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью