Vüqar Qurbanov bu xəstəxanaya baş həkim təyin etdi (FOTO)

06.12.2024

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə İbadova Nəcibə Akif qızı Laçın Rayon Mərkəzi Xəstəxanasına direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin olunub.

"Unikal" xəbər verir ki, Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov Nəcibə İbadovanı kollektivə təqdim edib. Laçın Rayon Mərkəzi Xəstəxanasının direktor müavini-baş həkimi Nəcibə İbadova indiyə qədər Bakı şəhəri 39 saylı poliklinikanın Uşaq şöbəsinin müdiri vəzifəsində çalışıb. Nəcibə həkimə Laçın rayonunda səhiyyə sisteminin yenidən qurulması işlərində uğurlar arzu edilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью