Vüqar Qurbanov bu xəstəxanaya baş həkim təyin etdi FOTO

11.12.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Sabunçu Tibb Mərkəzinin tabeliyindəki Maştağa Xəstəxanasına yeni baş həkim təyin edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, Namiq Nəbiyev sözügedən vəzifəyə gətirilib.

Məlumata görə, Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova bu gün xəstəxanaya gedib və yeni baş həkimi kollektivə təqdim edib.

Qeyd edək ki, Namiq Nəbiyev uzun illər Sabunçu Tibb Mərkəzinin Yoluxucu xəstəliklər şöbəsinin müdiri, həkim-infeksionist kimi fəaliyyət göstərib (modern.az). 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью