Vüqar Qurbanov buna görə işdən ÇIXARILIB: Yoxlamalar aparılıb

16.02.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov işdən çıxarılıb.

Milli.Az "Unikal"a istinadən xəbər verir ki, V.Qurbanov TƏBİB-də aparılan maliyyə yoxlamaları səbəbindən vəzifəsindən azad edilib. Belə ki, yoxlamalar nəticəsində maliyyə pozuntuları aşkarlanıb. Burada söhbət milyonlarla vəsaitin mənimsənilməsindən gedir.

Xatırladaq ki, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yoxlamalara 2025-ci ilin sentyabr ayında başlayıb.

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью