Vüqar Qurbanov: Əhalinin böyük hissəsi qrip əleyhinə peyvənd olunub

18.12.2024

Report.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Əhalinin böyük hissəsi qrip əleyhinə peyvənd olunub.

Bu barədə "Report"un sualını cavablandıran TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Səhiyyə Nazirliyi oktyabr ayından etibarən TƏBİB tabeli tibb müəssisələrini qripə qarşı vaksinlə təmin edib:

"Vaksinasiya ilə əlaqəli kifayət qədər müraciət var. Əhalinin demək olar böyük hissəsi artıq peyvənd olunub. Vaksin ehtiyatı da kifayət qədərdir.

Buradan bir daha çağırış edərdim ki, qripə qarşı vaksinasiya kəskin respirator virus infeksiyalarına yoluxma ehtimalını azaldır. Yoluxma baş versə belə, xəstəliyi yüngül formada keçirəcəklər. Tövsiyə edərdim ki, kim vaksinasiya prosesindən kənar qalıbsa peyvənd olunsun".

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью