Vüqar Rəsulov liderlər qrupunda yer alıb

13.02.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan şahmatçısı Vüqar Rəsulov İranın Gilan şəhərində keçirilən beynəlxalq "Xəzər dənizi kuboku" ("Caspian Sea Cup") turnirində növbəti qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, o, ikinci turda qara fiqurlarla yerli şahmatçı Mehrad Baqaiyə qalib gəlib.

Xalını 2-yə yüksəldən Rəsulov 14 şahmatçının yer aldığı liderlər qrupunda qərarlaşıb.

Qeyd edək ki, yarışda 116 iştirakçı qələbə uğrunda mübarizə aparır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью