Vüqar Rəsulov Özbəkistanda dördüncü olub

12.05.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Azərbaycan şahmatçısı Vüqar Rəsulov Özbəkistanın Qarşi şəhərində keçirilən beynəlxalq turnirdə dördüncü yeri tutub.

İdman.biz xəbər verir ki, təmsilçimiz IX turda Azamat Uteqalievlə (Qazaxıstan) heç-heçə edib.

Rəsulov 6,5 xal toplayıb. O, gümüş və bürünc medalçılarla eyni xala malik olsa da, əlavə göstəricilərə görə dördüncü yerlə kifayətlənib.

Şahmatçımız yarışın qalibi Yevgeni Alekseyevdən (İsrail) yarım xal geri qalıb.

Qeyd edək ki, turnirdə 7 ölkədən 37 zəka sahibi mübarizə aparıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью