Vüqar Tofiqli: Bu addım seçkiqabağı bələdiyyələrə olan marağın bir qədər də artması məqsəd…
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Qrant haqqında" qanuna yeni dəyişiklik təklif edilib.
Dəyişikliyə görə, bələdiyyələr qrant ala biləcək. Sözügedən qanun layihəsi səsverməyə çıxarılıb və üçüncü oxunuşda qəbul edilib.
Qanunun məqsədi, bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsidir.Eyni zamanda Azərbaycanda növbəti bələdiyyə seçkilərinin tarixi artıq məlum olub.
Mərkəzi Seçki Komissiyasının (MSK) noyabrın 27-də keçirilən iclasında seçkilərin 2025-ci il yanvarın 29-na təyin edildiyi bildirilib.“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli "Sherg.az"a deyib ki, bələdiyyə ilə bağlı qəbul edilmiş qərarı müsbət dəyərləndirmək lazımdır:"Qanun layihəsi bələdiyyələrə olan bir növ diqqət və qayğıdır.
Eyni zamanda onların inkişafına söykənən addımdır. Bu addımın atılması seçki öncəsi həm də bələdiyyələrə olan marağın bir qədər də artması m
Prosesin icrası, hansı formada və məzmunda öz həllini tapacağı maraqlıdır.
Həmçinin bura layihənin həyəta keçirilməsinə hansı orqanın nəzarət edəcəyi, bələdiyyələrin öz layihələrini kimlərə təqdim edəcəyi kimi suallar yaranır və suallara cavab tapılmalıdır.
Tam oxu
Xəbəri oxu