futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo DÇ-2026-nın pley-off mərhələsində Xorvatiyaya qalib gəldikləri oyunu şərh edib.
Futbolpress.az xəbər verir ki, 2:1 hesabıyla bitən matçda bir qol vuran 41 yaşlı hücumçu “A Bola”ya açıqlamasında bunları deyib:
“Çətin oyun olacağını bilirdik. İlk hissəni daha yaxşı keçirdik, fasilədən sonra isə xaotik matç alındı. Vurduğum qoldan sonra rahatlaşdıq. Qələbə qazanacağımıza inanırdıq və son dəqiqələrdə vurduğumuz qolla inamımızı qaytardıq. İrəliləməyə davam etməliyik, qarşıda daha çətin oyun var”.
Portuqaliya 1/8 finalda İspaniya ilə qarşılaşacaq.