“Vurduğum qolun bu qədər müzakirə olunacağını gözləmirdim!” “Qəbələ” futbolçusunun ə AÇIQLAMASI + VİDEO

27.01.2026

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Ölkə çempionatının futbol üzrə on yeddinci turunun “Şamaxı” - “Qəbələ” matçı meydan sahiblərinin darmadağını ilə yanaşı(0:4), qarşılaşmanın son saniyələrində şamaxılıların qapısına vurulan baxımlı qolla da yadda qaldı.

Azarkeşlərin marağını nəzərə alaraq İdman.Biz həmin qolun müəllifi – “Qəbələ”nin yarımmüdafiəçisi Fərid İsgəndərovdan açıqlama alıb.

“Düzünü desəm, qolumun videosunun internetdə bu qədər populyar olacağını və bu dərəcədə müzakirə ediləcəyini gözləmirdim! Əlbəttə ki, bu mənim üçün çox xoşdur, xüsusilə də nəzərə alsaq ki, bu, Premyer Liqada ilk qolumdur. Mən özüm Qəbələdə anadan olmuşam və klubumuzun yetirməsiyəm. 2010-cu ildən etibarən uşaq komandalarından başlayaraq burada çıxış edirəm”, – deyə Fərid İskəndərov bildirib.

F.İsgəndərov oyunun son saniyələrini isə belə şərh edib.

“Matç artıq başa çatmaq üzrə idi ki, hücumçumuz Paulo Qumilo hücuma qoşulduğumu görərək mənə gözəl ötürmə verdi. Mən topu bir toxunuşla yaxşı qəbul etdim və qol vurdum. Ən maraqlısı isə odur ki, məhz bu oyundan əvvəl qol vuracağımı hiss edirdim. Hətta hansı mövqedən zərbə endirəcəyimi belə təsəvvür edirdim. Daha əvvəl heç vaxt məndə belə hal olmamışdı. Qol vuracağımı hiss edirdim. Düşünürəm ki, bu, doğma klubumun heyətində ilk, amma son qolum olmayacaq”, – deyə “Qəbələ”nin yarımmüdafiəçisi fikrini tamamlayıb.

Vüqar Vüqarlı

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью