Vurğun Hüseynov: “Şans “Qarabağ”ın tərəfində olmadı” İdman və Biz | Icma.az
Icma.az bildirir, Idman.biz portalına istinadən. “Qarabağ” çox yaxşı mübarizə apardı”.
Bunu İdman.bizə “Sumqayıt”ın köməkçi məşqçisi Vurğun Hüseynov deyib.
O, Avropa Liqasının Liqa mərhələsində “Qarabağ” - “Lion” (1:4) matçını dəyərləndirib.
Hüseynov bildirib ki, rəqib futbolçuların ustalıq səviyyəsi oyunun taleyini həll edib: “Qol epizodlarımız olduqca çox oldu.
Bunları dəyərləndirə bilsəydik, ən azı bir xal qazana bilərdik. Hər birimiz qələbəyə ümid edirdik. Amma şans komandamızın tərəfində olmadı.
Bu, futboldur. Hər şey olur”. Qeyd edək ki, “Qarabağ” 5 oyunda cəmi 3 xal toplayıb.
Banuçiçək Hüseynli İdman.biz Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu