Vurğun Hüseynov üzr istədi

02.09.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XXXVI turunun “Səbail” – “Sumqayıt” oyunundan (1:4) sonra qonaq komandanın məşqçisi Vurğun Hüseynov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Oyun barədə danışılası çox şey yoxdur. Futbolçular qısa müddətdə toparlandılar və meydana çıxıb qələbə qazandılar. Onlara təşəkkür edirəm. Bu 3 xal bizim üçün vacib idi. Ən azından bir pillə yuxarı qalxmaq şansımız var idi. Enişli-yoxuşlu nəticələrə görə azarkeşlərimizdən üzr istəyirik. Çünki bu nəticələr Sumqayıt şəhərinə, şəhərin tək komandasına yaraşmır. Azarkeşlərimiz gələcəkdə daha yaxşı “Sumqayıt” görəcəklər.

– Sizi yeni baş məşqçinin korpusunda görəcəyik?

– Bu barədə mənə heç nə deyilməyib. Gələcəkdə nələrin olacağını görəcəyik.

Şahin Cəfərov 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью