Vurub merin burnunu sındırıb...

29.11.2025

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyalı kişi şəxsi söhbət zamanı məmura hücum edib...

...Rusiya təhlükəsizlik qüvvələri Yeniseysk şəhərinin merinə şəhər administrasiyasının binasında hücum edən 46 yaşlı kişini saxlayıb.

Rusiya Federasiyası İstintaq Komitəsinin Krasnoyarsk diyarı və Xakasiya üzrə İstintaq İdarəsinin mətbuat xidmətinin məlumatına görə, ona qarşı Rusiya Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi (dövlət məmuruna qarşı zorakılıq tətbiq etmə) ilə cinayət işi açılıb.

SİA rus saytlarına istinadən xəbər verir ki, idarədən verilən məlumata görə, hadisə noyabrın 28-də baş verib.

Sakin meri görməyə gəlib və söhbət zamanı hökumətin fəaliyyətindən narazılığını ifadə etməyə başlayıb.

Daha sonra ara qızışıb və o, merə hücum edərək ona bədən xəsarəti ilə yanaşı vurub burnunu da sındırıb.

Şübhəli saxlanılıb və məhkəməyəqədər həbs qətimkan tədbiri nəzərdən keçirilir.

Hadisənin bütün hallarını müəyyən etmək üçün istintaq tədbirləri görülür.

Əli Babayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью